yüklənir
31-07-2021, 21:45 от NuraHeydərli

İranla Azərbaycan arasında dəniz turizminin genişləndirilməsi planı hazırlanır / Son Xəbərlər

“İranla Azərbaycan Respublikası arasında dəniz turizminin genişləndirilməsi planı hazırlanır”.Məlumata görə, hazırda üzərində iş aparılan önəmli məsələlərdən biri İranla Azərbaycan Respublikası arasında dəniz turizminin genişləndirilməsi planıdır: “Bu plan haqqında gələn il İranın Sari şəhərində keçirilməsi nəzərdə tutulan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin turizm paytaxtlarının iclasında bu haqda Azərbaycan tərəfi ilə danışıqlar aparılacaq”.
O qeyd edib ki, plana əsasən iki ölkə arasında turistlərin istifadəsi üçün səyahət gəmilərinin açılması nəzərdə tutulur: “Düşünürəm ki, bu plan Azərbaycan tərəfindən alqışalanacaq. Çünki bu iş iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafına töhfə verəcək“.
EKO 2022 turizm tədbiri haqqında danışan Ə.Mahfruzi deyib ki, 2019-cu ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iclasında üzv ölkələrin Turizm paytaxtlarının ilk tədbirinin 2022-ci ildə Mazandaran əyalətinin Sari şəhərində keçirilməsi haqqında razılıq əldə olunub.
İƏT-ə üzv ölkələrin turizm nazirləri və bu ölkələrdən olan incəsənət xadimləri gələn ilin oktyabrında İƏT Turizm paytaxtları tədbirində iştirak edəcək.

Baxılıb: 31
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq