yüklənir
31-07-2021, 21:22 от NuraHeydərli

Ərdoğan: “Azərbaycandan göndərilən yanğın-xilasetmə heyəti yanğın baş verən hər sahəyə dəstək verməkdədir” / Son Xəbərlər

“Marmarisdə baş verən yanğnlardan birinə uşaqlar səbəb olub, digərlərinin səbəbkarları araşdırılır”.Məlumata görə, bunu Türkiyədə Marmarisdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti deyib ki, meşələri yandıranlar tapılıb ciddi şəkildə cəzalandırılacaq: “Milasdakı yanğnla əlaqədar bir şübhəli saxlanılıb. Zərər çəkən bütün vətəndaşlarımıza da dəymiş ziyan ödəniləcək”.
R.T.Ərdoğan meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almaması üçün Azərbaycandan və ölkənin digər vilayətlərindən göndərilən yanğın-xilasetmə heyətinin Türkiyənin yanğın baş verən hər sahəsinə dəstək verdiklərini vurğulayıb.
“Həmrəyliyə ən çox ehtiyacımız olduğu günlərdə vətəndaşlarımızı birliyə dəvət edirəm”, deyə prezident əhaliyə çağırış edib.

Baxılıb: 33
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq