yüklənir
13-01-2017, 14:20 от RamidAghayev

FORBES: Üç Azərbaycanlı Rusiyanın ən varlı 200 biznesmeni arasında / Forbes

Məşhur Forbes jurnalı "Rusiyanın Ən varlı 200 Biznesmeni" reytinqini təqdim edib. Reytinq Rusiyada  bütün sahələr üzrə fəaliyyət göstərən biznesmenləri əhatə edir. Hansı ki, bu reytinqdə iki azərbaycanlı biznesmenin də adı var. Bunlardan biri ilk 10-luqdadır... Rusiyanın ən varlı 10 biznesmenləri kimlərdir?
1. Leonid Mixelson- Gəliri mənbələri qaz və neftkimya sahəsidir. 2015-ci ilə nisbətən 2016-cı il daha çox gəlir əldə edərək (1 ildə təxmini 2700 mln dollar gəlir əldə edib) Rusiyanın ən varlı şəxsi kimi 1-ci yerdə qərarlaşmışdır. Ümumi varidatı 14400 mln dollar təşkil edir.
2. Mixail Fridman - Gəlir mənbəi maliyyə, rabitə və ticarətin müxtəlif sahələridir. 2016-cı ildə 1300 mln dollar itki ilə üzləşib. Lakin buna baxmayaraq 13300 mln dollar varidat ilə Rusiyanın ən varlı 2-ci biznesmenidir.
3. Alişer Usmanov - Gəlir mənbələri metallurgiya, internet, telekommunikasiya sahələridir. Usmanov 2016-cı ildə 1900 mln dollar itki ilə uzləşib. O hal-hazırda 12500 mln dollar varidat ilə Rusiyanın ən varlı 3-cü biznesmenidir.
4. Vladimir Botanin - Gəlir mənbəi metallurgiya sahəsidir. Botanin 2016-cı ildə 3300 mln dollar itki ilə üzləşib. O hal hazırda 10900 mln dollar varidat ilə Rusiyanın 4-cü ən varlı biznesmenidir.
5. Genadi Timçenko - Gəlir mənbələri qaz, neft satışı, dəmiryol transportu və tikinti sahələridir. Timçenko 2016-cı il varidatını daha da artıraraq reytinqdə 4 dəfə yüksəlmişdir. O 2016-cı ildə 700 mln dollar gəlir əldə edərək Rusiyanın ən varlı biznesmeni olaraq 5-ci yerdə qərarlaşmışdır. Qeyd edək ki, Timçenkonun varidatı 11400 mln dollar təşkil edir.
6. Aleksey Mordaşov - Gəlir mənbələri qara metallurgiya və maşındüzəltmədir. o 2016-cı ildə 2100 mln dollar itki ilə üzləşib. Lakin buna baxmayaraq o 10900 mln dollar varidatla Rusiyanın ən varlı biznesmenləri reytinqində 6-cı yerdə qərarlaşmışdır.
7. Viktor Vekselberq - Gəlir mənbələri aliminium istehsalı və investisiya sahələridir. Cənab Vekselberq də 2016-cı ildə 3700 mln dollar itki ilə üzləşmişdir. O hal-hazırda 10500 mln dollar varidatla Rusiyanın ən varlı biznesmenləri sırasında 7-cidir.
8. Vladimir Lisin - Gəlir mənbələri metallurgiya və transport sahələridir. O -da 2016-c il 2300 mln dollar itki ilə üzləşib. Lakin buna baxmayaraq o 9300 mln dollar varidatla Rusiyanın ən varlı biznesmenləri sırasında 8-ci yerdə qərarlaşıb.

9. Vaqit Ələkbərov - Əslən Azərbaycanlı olan biznesmenin gəlir mənbələri neft və investisiyalardır. Cənab Ələkbərov 2016-cı ildə 3300 mln dollar itki ilə üzləşib. Lakin buna baxmayaraq Ələkbərov 8900 mln dollar varidatla Rusiyanın ən varlı biznesmenləri sırasında 9-cudur.
10. German Xan - Gəlir mənbələri maliyyə, rabitə və ticarətin müxtəlif sahələridir. 2016-cı ildə o 800 mln dollar itki ilə üzləşib. Lakin buna baxmayaraq o 8700 mln dollar varidatla Rusiyanın ən varlı biznesmenləri sırasında 10-cu yerdə qərarlaşmışdır.

Digər iki Azərbaycanlı biznesmendən biri də Fərhad Əhmədov gəlir mənbəyi qaz sahəsidir. O 2016-cı il ərzində reytinqdə 6 dəfə irəli gedərək 1400 mın dollar varidatla siyahıda 51 -ci yerdə qərarlaşmışdır. Aras Ağalarov isə "Rusiyanın ən varlı 200 biznesmeni" reytinqində 55-ci yerdə qərarlaşıb. Onun gəlir mənbələri daşınmaz əmlak sahəsidir. O 2015 ilə nisbətən reytinqdə 9 dəfə geriləmişdir. 2016-cı ildə cənab Ağalarov 700 mln dollar itki ilə üzləşib. Onu varidatı ümumilikdə 1200 mln dollar təşkil edir. 

Ramid Agayev

Baxılıb: 1 364
Şərhlər: 1

1 şərhlər

Rasim / 13 января 2017 15:58
Aras Ağalarov Emin Ağalarovun atasıdır??

Mesaj saxlamaq