yüklənir

Biz kimik?

Sabirabad Layf Jurnalı EnterNet Company şirkətinin məhsuludur. "EnterNet Company" Marketinq Reklam və Dizayn şirkətidir. Şirkət (EnterNet MAD Company) Facebook Reklam Agentliyi (Facebook Ads Agency), Google Reklam və Axtarış Sistemlərinin Optimallaşdırılması Agentliyi, (Google AdSEO Agency) və Dizayn və Tanıtım Agentliyi ( Design and Presentation Agency) olaraq marketinq, reklam və dizayn, web saytların hazırlanması və dizaynı xidmətləri təklif edir. Şirkət rəsmən Google və Facebook şirkətlərinin partnyorudur.

Sabirabad Layf jurnalı Azərbaycanın ilk modern regional elektron jurnalıdır. Hansı ki, bu jurnal dünyanın milyonlarla jurnal yayımı platformasında yayımlanır. Məqsədimiz rayonumuz olan doğma Sabirabadın dünyaya tanıdılması, əhalinin xüsusilə gənclərimizin maarifləndirilməsi və onların dünya görüşünün inkişaf etdirilməsidir. Bundan əlavə jurnalımız regionun istedadlı gənclərini üzə çıxarmaq üçün onlara çox böyük imkanlar yaradır. Məlumat üçün bildirək ki, jurnal 2015-ci il noyabr ayının 25-dən yayımlanmağa başlayıb. Jurnalımız sahibkarlara və şirkətlərə reklam xidmətləri də göstərir. Hansı ki, hal-hazırda jurnalımız yerli bir çox şirkət və qurumlara media dəstəkçisi olmaqla yanaşı, Samsung, Apple şirkətləri, eləcə də Türkiyənin məşhur seriallarının da partnyoru olaraq reklamçısıdır. Jurnalımız "Sabirabad Kurslar, Təlimlər" təhsil qrupu olaraq yerli gənclərə müasir dövürdə çox önəmli və təlabatlı sahələr üzrə təlimlər, layihələr də təqdim edir. Bundan başqa jurnalımız zəngin informasiya və maarifləndirmə bazası olaraq hər zaman Sizlərə ən maraqlı xəbərləri, elm texnologiya sahəsində yenilikləri və s məlumatları mütamadi olaraq çatdırır. Siz bizim saytımızı izləməklə dünyada baş verən ən son yeniliklər və ən son xəbərlər haqqında məlumatlı olacaq və dünya görüşünüzü inkişaf etdirəcəksiniz. Sabirabad rayonunda yaşayan yazarlar, bloqqerlər üçün xüsusi bir imkanda təklif edirik ki, onlar öz yazılarını əsərlərini saytımızda və jurnalımızda yayımlaya bilər ki, bu imkanla onlar özlərini tanıda bilərlər. Biz Sabirabad rayonunda yaşayan 16-20 yaşlı gənclərə bu imkanı tam təmmənasız təqdim edirik. Siz bu qısa yazı ilə Sabirabad Layf jurnalı haqqında, bizim haqqımızda bilgi əldə etdiniz. Daha ətraflı məlumat üçün və bütün qeyd edilən xidmət və təkliflərlə bağlı ətraflı məlumatı saytımızdan əldə edə bilərsiniz. Bizi izləyin... Biz Sabirabadımız üçün çalışırıq...

Hörmətlə, EnterNet Company və Sabirabad Layf Jurnalı.

Ramid Ağayev
Şirkətin rəhbəri
Rufiq Cavadov
Developer, Texnoloji bloq yazarı
Rashad Agayev
İctimaətlə Əlaqələr üzrə Menecer

Tərəfdaşlar